Dietoloq Belousova axşam altıdan sonra yeməkdən imtina etməyi təhlükəli adlandırıb. Foodinfo.az xəbər verir ki, o bu barədə “Sputnik” radiosuna müsahibəsində bildirib. Qeyd edib ki, arıqlayanlar arasında axşam saat altıdan sonra yemək yeməmək kimi məşhur üsul orqanizm üçün təhlükəli ola bilər. Belə ki, yeməklər arasında çox uzun fasilələr olsa və insan bu vaxt yatsa belə, sağlamlığa mənfi təsir göstərir. Ən böyük təhlükə qanda qlükoza səviyyəsinin dəyişməsi və beynin zədələnməsidir.

Qan qlükozasında kəskin dalğalanmalar əvvəlcə əhval pozğunluğu kimi özünü göstərəcək, sonra isə üzvi nəticələr yarana bilər. Uzun müddət "ac qana" icazə verilməməlidir.

Belousovanın fikrincə, axşam yeməyindən imtina etməməlisiniz. Son yemək, kəsmik kimi kalorisi olmayan qidalar olmalıdır.

Nərmin