Son illərdə bir çox insan az bişmiş ət məhsullarına, xüsusilə də bifştekslərə üstünlük verir. Foodinfo.az xəbər verir ki, Dövlət Maarif Universitetinin Tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov bu mövzuda ciddi xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, az bişmiş və ya içi tam qızarmamış bifştekslər sağlamlıq üçün təhlükə yarada bilər. O bildirib ki, hətta yüksək keyfiyyətli ət istifadə olunsa belə, içində xam liflər və purin maddələri olan bu cür məhsulların mütəmadi qəbulu orqanizmə mənfi təsir göstərə bilər.

Umnov qeyd edib ki, az bişmiş ət məhsullarında səlmonellyoz və kampilobakterioz kimi bakteriyalar mövcud ola bilər. “Bu mikroorqanizmlər ağır qida zəhərlənməsinə, yüksək hərarətə və mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilər”, – deyə ekspert Lenta.ru-ya açıqlamasında bildirib.

O, həmçinin vurğulayıb ki, əti bişirmə dərəcəsi yalnız dadla deyil, sağlamlıq təhlükəsizliyi ilə də əlaqədardır. Xüsusilə immun sistemi zəif olan şəxslər, uşaqlar və yaşlı insanlar az bişmiş ət yeməklərdən uzaq durmalıdırlar.

Mütəxəssis tövsiyə edib ki, bifşteks bişirərkən ətin daxilindəki temperatur ən azı 70 dərəcəyə çatdırılsın və beləliklə, bakteriyaların məhv olması təmin edilsin. Onun fikrincə, yaxşı bişmiş ət həm dad baxımından qənaətbəxşdir, həm də sağlamlıq üçün daha təhlükəsiz seçimdir.