Dünyaca məşhur amerikalı səyyah, bloqer Mark Vins Azərbaycanda səfərdə olub.  Foodinfo.az xəbər verir ki, müxtəlif ölkələrin ənənəvi mətbəxini təqdim edən bloqer Bakı səfərində də tanınmış yerlərdə çəkilişlər edilib. O, milli mətbəximizin müxtəlif yeməklərini dadıb, onların hazırlama qaydası barədə geniş məlumat verib. Xüsusi ilə çayı və kababı bəyənən Vins digər təamların da ləzzətli olduğunu bildirib. Bloqerin bu videosu iki gün ərzində 450 mindən çox izlənmə sayı toplayıb. Qeyd edək ki, instaqramda 1,6 milyon, yutubda isə 10 milyona yaxın izləyicisi olan Mark Vins "The Eating Thai Food Guide" kitabının müəllifidir. https://youtu.be/i7pqQwLSXdA [gallery ids="50754,50755,50756"]