Ölkəmiz 2022-ci ildə 21,865 min ton meşə fındığı ixrac edib.
Foodinfo.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2021-ci ilə nisbətən Azərbaycanın meşə fındığı ixracı 12,4 % çoxdur.
12 ayda Azərbaycanın ixrac etdiyi meşə fındığının dəyəri 110,643 milyon dollar olub. Bu isə illik müqayisədə 1 % azdır.
Hesabat dövründə Azərbaycanın meşə fındığı ixracı ümumi ixracın 0,29 %-ni, qeyri-neft sektoru ixracının isə 3,63 %-ni təşkil edib.