2021-ci ildə Azərbaycanda 15 yaşından yuxarı əhalinin orta çəkisi 68,5 kiloqram olub.
Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Eyni dövrdə bu göstərici kişilərdə 72,1 kiloqram, qadınlarda isə 65,2 kiloqramdır.
Hesabat dövründə əhalinin orta çəkisinin ən yüksək göstəricisi 73,1 kiloqramla 45-64 yaş qrupunda qeydə alınıb. Əhalinin orta çəkisi 15-19 yaş qrupunda 50,2 kiloqram, 20-44 yaş qrupunda 67,4 kiloqram, 65 yaş və yuxarı yaş qrupunda isə 72,1 kiloqram olub.
2021-ci ildə yaş qruplarına görə kişilərin orta çəkisi 15-19 yaş aralığında 51,2 kiloqram, 20-44 yaş aralığında 71,7 kiloqram, 45-64 yaş aralığında 77,1 kiloqram, 65 yaş və yuxarı yaş aralığında 75,7 kiloqram olub, o cümlədən qadınlarda bu göstərici müvafiq olaraq 49 kiloqram, 63 kiloqram, 69,8 kiloqram, 69,3 kiloqram təşkil edib.