2021-ci ildə Azərbaycanda 15 yaşından yuxarı əhalinin orta boyu 167,2 santimetr olub.
Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Eyni dövürdə bu göstərici kişilərdə 171,1 santimetr, qadınlarda isə 163,6 santimetrdir.
Hesabat dövründə əhalinin orta boyunun ən yüksək göstəricisi 168,4 santimetrlə 45-64 yaş qrupunda qeydə alınıb. Əhalinin orta boy 15-19 yaş qrupunda 157,8 santimetr, 20-44 yaş qrupunda 168,1 santimetr, 65 yaş və yuxarı yaş qrupunda isə 166,9 santimetr olub.
2021-ci ildə yaş qruplarına görə kişilərin orta boyu 15-19 yaş aralığında 158,9 santimetr, 20-44 yaş aralığında 172,1 santimetr, 45-64 yaş aralığında 172,9 santimetr, 65 yaş və yuxarı yaş aralığında 171,4 santimetr olub, o cümlədən qadınlarda bu göstərici müvafiq olaraq 156,6 santimetr, 164 santimetr, 164,6 santimetr, 163,5 santimetr təşkil edib.
Şəbnəm