Gürcüstanın Muğanlı kəndinin sakinləri ölkənin keçmiş Prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçiriblər.
Foodinfo.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, azərbaycanlıların yaşadığı kəndin sakinləri aksiya çərçivəsində Saakaşvilinin adına qoyun kəsiblər. Onlar bununla siyasətçini aclıq aksiyasına son qoymağa çağırıblar.
Bildirilir ki, sakinlər ət, meyvə və digər ərzaq məhsullarını Saakaşvilinin hazırda saxlanıldığı Rustavi həbsxanasının önünə gətirərək onun azad olunması üçün aksiya keçirən iştirakçılara paylayıblar.
Qeyd edək ki, Gürcüstanın Saqareco rayonunda yerləşən Muğanlı kəndində təqribən 2,5 min sakin yaşayır. Sakinlərin əksər hissəsini etnik azərbaycanlılar təşkil edir.
Xatırladaq ki, oktyabrın 1-də səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili elə həmin gün saxlanılıb. O, saxlanıldığı gün aclıq aksiyasına başlayıb.
Son xəbərlər
- Dəfələrlə qızdırılıb yeyilən yeməklərin orqanizmə mənfi təsirləri ola bilər
- Sosislə mədə xərçəngi arasında əlaqə sübut edildi
- Böyrək xəstəliyinin əlamətləri hansılardır?
- Gündə 1 ovuc yeyin - Ürəyə və beyinə xeyirdir
- Spirtli içkidən sonra necə qidalanmaq lazımdır?
- Qışda bu qidalar yeyilməlidir