Yaponiyanın Azərbaycandakı səfirliyi yapon yeməkləri hazırlamaq üçün ustad dərsi təşkil edib.
Foodinfo.az “Report”-a istinadən xəbər verir ki, baş aşpaz Matsuşita Taiseinin rəhbərliyilə keçirilən dərsdə səfir Cuniçi Vada iştirak edib.
O, bu il iki ölkə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb.
“Bugünkü tədbirin məqdəsi Bakı sakinlərinə mədəniyyətimizin bir parçası olan yapon mətbəxini nümayiş etdirmək, habelə azərbaycanlı aşpazları yapon yeməkləri hazırlamağın incəlikləri ilə tanış etməkdir. Həmin ənənəvi təamlar dəst şəklində təqdim olunacaq və gələcəkdə onları restoran menyülərinə salmaq mümkün olacaq”,- səfir deyib.
Son xəbərlər
- Kərəvizin faydaları və zərərləri
- Qəhvə həvəskarları nələrə diqqət etməlidir?
- Dəfələrlə qızdırılıb yeyilən yeməklərin orqanizmə mənfi təsirləri ola bilər
- Sosislə mədə xərçəngi arasında əlaqə sübut edildi
- Böyrək xəstəliyinin əlamətləri hansılardır?
- Gündə 1 ovuc yeyin - Ürəyə və beyinə xeyirdir