
“Roskaçestvo” mütəxəssisləri keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluq baxımından marmeladların 30 nümunəsini araşdırıb və inqrediyentlərin yazılmış tərkib ilə çoxsaylı ziddiyyətləri müəyyən ediblər. Foodinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.
Tədqiqat üçün ən məşhur istehsalçıların meyvə ətirli marmeladı seçilib. İstehlakçı davranışlarının öyrənilməsi mərkəzinin məlumatına görə, istehlakçıların 60%-i bu şirniyyatları seçir.
Tədqiqat üçün Rusiya istehsalı olan 19, Türkiyədən dörd, Almaniya və Çindən iki, İspaniya, Argentina və Honq-Konqdan bir məhsul daxil edilib.
“Roskaçestvo” əməkdaşları “Hippo Bondi & Friends”, “MixBar”, “Babyfox” və “Mamba” marmeladında elan edilmiş vitaminlərin olmadığını qeyd ediblər. Eyni zamanda, “Piratmarmelad” və “VkusVill” şirkətlərinin məhsullarında tərkibində qeyd olunmayan sintetik boyalar aşkar edilib.
Həmçinin 13 adda məhsulda (AMOS 4D, Piratmarmelad, HARIBO, Bon Pari, Mamba, Chi-Wa-Wa, Pull-ka, Frou-Frou, Ju-Ju-Juv, Spar kids, Kent, Russian Condictioner", "Factory of Happyness" ) karbohidratların tərkibində uyğunsuzluq, bir yerdə etiketdə yazılanlardan daha çox, bir yerdə isə daha az olduğu ortaya çıxıb.
Nərmin