Ötən il Finlandiyada ölkə tarixində ən az uşaq doğumu qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiyanın Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, ötən il ölkədə doğum səviyyəsi bir qadına 1,32 uşaq olub, bu da statistikanın başladığı 1776-cı ildən bəri ən aşağı göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə Finlandiyada bir qadına doğuş nisbəti 1,87 uşaq olub.
Qeyd edək ki, Finlandiya uzun illərdir ölkədə doğum səviyyəsinin həddən artıq aşağı olması səbəbindən ciddi problemlər yaşayır. Demoqrafik vəziyyətin pisləşməsi fonunda işçi qüvvəsinin axınını təmin etmək üçün miqrasiya qanunlarının yumşaldılmasını müdafiə edən siyasətçilərin çıxışları və təklifləri səslənilir.