Çiçək tozuna qarşı allergiyası olan insanlar baldan və propolisdən imtina etməlidirlər. Foodinfo.az xəbər verir ki, bunu “Veçernyaya Moskva” nəşrinə müsahibəsində dietoloq Elena Solomatina bildirib. O, qeyd edib ki, daşlı meyvələrdə də allergiya yarana bilər. Bunlara alma, gavalı, ərik, şaftalı, daxildir.
Yazda allergik reaksiyalar insanın ilin digər vaxtlarında sağlamlığa zərər vermədən yeyə biləcəyi qidalarla da ağırlaşa bilər - bunlar pomidor, badımcan, kartof və qoz-fındıqdır.
Nurlan