Məşhur aşpaz Vladimir Filimonov dadlı pizzanın sirrini bölüşüb.  Foodinfo.az Publika.az-a istinadən xəbər ki, aşpaz bunun üçün 3 məhsuldan istifadə etməyi tövsiyə edib. O, həm də bu məhsulların faydalarından söz açıb. Bolqar bibəri O, bildirib ki, tərəvəz C, E vitaminləri, həmçinin dəmir, kalsium, kalium və maqneziumla zəngindir. Mütəxəssis iddia edir ki, bolqar bibəri sağlamlığın qeydinə qalan əla köməkçidir. Vitamin C immunitet sistemini gücləndirməyə kömək edir, həmçinin dərinin elastikliyini qoruyur. Vitamin E qan dövranını yaxşılaşdırır, dəmir hemoqlobin səviyyəsini tənzimləyir, kalsium dayaq-hərəkət sistemi üçün faydalıdır, kalium sinir sistemini sabitləşdirir, maqnezium isə bədəni enerji ilə təmin edir. Göyərti Kələm, aysberq, ispanaq və digər göyərti növləri əsl vitamin və mikroelementlər anbarıdır. Rokolanın tərkibində B vitaminləri, sink, selen və mis var. Bu, orqanizmi təmizləməyə, artıq mayeni çıxarmağa kömək edir. Aysberq kahı yarpaqları 95% sudan ibarətdir, həmçinin maddələr mübadiləsini yaxşılaşdıran K vitamini və qanı stimullaşdıran fol turşusunu ehtiva edir. Kələm C, B qrupu, həmçinin A vitaminləri ilə zəngindir. Onlar dərinin yaşlanma prosesini ləngidir, selikli qişaları nəmləndirir, həmçinin maddələr mübadiləsini sürətləndirir. Göbələk Göbələk B vitaminlərinin, C vitamininin, kalsiumun, kaliumun və dəmirin mənbəyidir, onların xüsusiyyətlərini artıq yuxarıda qeyd olunub. Həmçinin, Filimonov bildirib ki, onların tərkibində dayaq-hərəkət sisteminin inkişafından məsul olan, əzələ tonusunu qoruyan, həmçinin zülalların, yağların və karbohidratların sintezində mühüm rol oynayan fosfor var. Bundan əlavə, göbələklər güclü immunitet, yaxşı sağlamlıq, beyin və sinir sisteminin fəaliyyətinə cavabdeh olan D vitamini ilə zəngindir.