Naringi faydalı maddələrin və hər şeydən əvvəl immunitet sisteminin düzgün işləməsi üçün çox zəruri olan C vitamininin anbarıdır.

Foodinfo.az xəbər verir ki, dietoloq Kristina Prişvina bu meyvələrlə diqqətli olmaq lazım olduğunu bildirir.

“Sitrus meyvələrinin turşuluğu mədəyə təsiri ilə məhdudlaşmır, həddindən artıq istehlak edildikdə, xüsusən də ağız boşluğunun gigiyenası qorunmazsa, diş minasının aşınmasına səbəb ola bilər”, - deyə ekspert əlavə edib. Həkim naringilərin artıq dozasının bir dəfəyə 500 ədəd olduğunu qeyd edib.