Yetişmiş naringilər uzun müddət qalmır. Foodinfo.az bildirir ki, onların maksimum raf ömrü cəmi 6-8 gündür. Mütəxəssislər bu meyvələrin təravətini uzatmaq üçün qabığını bitki yağı ilə sürtməyi və temperaturu +4-6 °C-dən çox olmayan soyuducuya qoymağı məsləhət görür.
Bundan əlavə, rütubət səviyyəsi mühüm amildir, çünki çox quru hava meyvənin tez qurumasına səbəb ola bilər. Ona görə də nisbi rütubəti 90-95 faiz səviyyəsində saxlamaq lazımdır. Həmçinin naringiləri plastik torbada saxlamaq olmaz.