Rospotrebnadzor mütəxəssisləripəhrizinizə arpa sıyığını daxil etməyin üç əsas səbəbi açıqlayıb. Foodinfo.az bildirir ki, bu qidanın əsas xüsusiyyəti aşağı glisemik indeksidir. Sıyıq qanda şəkərin səviyyəsi yüksək olan insanlar üçün idealdır, çünki o, qlükoza sıçrayışlarının qarşısını alır və digər qidaların glisemik indeksini azalda bilər.
Yüksək səviyyədə vitamin PP sayəsində arpa sıyığı qan damarlarını gücləndirir və “pis” xolesterinin yığılmasının qarşısını alır. Digər vacib element - amin turşusu lizin, herpesin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.