Xiyar həm botanik, həm də kulinariya baxımından fərqli kateqoriyalara aid edilir.
Foodinfo.az bildirir ki, botanik olaraq xiyar meyvə sayılır, çünki o, çiçəklərdən əmələ gəlir və toxumları olur.
Bitkilər aləmində meyvələr adətən bitkinin toxumlarını daşıyan hissələri hesab olunur və xiyar bu tərifə tam uyğundur.
Lakin kulinariya baxımından xiyar tərəvəz kimi qəbul edilir. Bunun səbəbi onun əsasən turşu və ya salatlarda istifadə edilməsi və şirin dadı olmamasındadır. Yəni, gündəlik həyatımızda tərəvəz kimi tanınsa da, elmi baxımdan o, bir meyvədir.
Bu ikili təsnifat pomidor və badımcan kimi digər bitkilərdə də rast gəlinir.