Yaponiyalı kişi daha az qərar vermək üçün 15 il eyni yeməyi yeyib. Foodinfo.az xəbər verir ki, bu barədə “South China Morning Post” yazır.
Hazırda 38 yaşlı Quo Kita 15 il əvvəl informasiya texnologiyaları sahəsində işə başladıqdan sonra qeyri-ənənəvi həyat tərzinə keçib. Gənc Kita anlayıb ki, hər gün - işdə və gündəlik həyatda çoxlu qərarlar qəbul etməkdən yorulub. O, yeddi il ərzində ciddi gündəlik rejimə və sabit pəhrizə riayət edib.
Kita hər günə qoz-fındıq, naharda toyuq sinəsiü, axşam yeməyində isə yaşıl lobya yeyir.