Son araşdırmalar və mütəxəssis açıqlamaları “meyvə şəkəri” kimi tanınan fruktozanın sağlamlığa təsiri barədə yeni məlumatlar ortaya qoyur.

Foodinfo.az xəbər verir ki, fruktoza təbii formada – yəni meyvələrin içində olduqda – zərərli hesab edilmir. Çünki meyvələrdəki lif, vitamin və su şəkərin orqanizmə yavaş sorulmasına kömək edir və bu da qan şəkərinin kəskin qalxmasının qarşısını alır.

Lakin xəbərdarlıq edilir ki, həddindən artıq meyvə və xüsusilə meyvə şirələrinin qəbulu sağlamlıq üçün risk yarada bilər. Paketli və ya sıxılmış şirələrdə lif olmadığı üçün şəkər daha tez qana keçir və bu, qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.

Həkimlər gündəlik qidalanmada 2–3 porsiya meyvənin kifayət etdiyini, şirə əvəzinə isə bütöv meyvəyə üstünlük verilməsinin daha faydalı olduğunu qeyd edirlər.

Bir sözlə, fruktozanın miqdarına nəzarət edilmədikdə sağlamlığa mənfi təsir göstərə bilər.