Dietoloq İrina Kozlaçkova darçını quru və qaranlıq yerdə, möhkəm bağlanmış qabda saxlamağı tövsiyə edir.

Foodinfo.az bildirir ki, evdə üyüdülmüş darçın altı aydan, darçın çubuqları isə bir ildən çox saxlanılmamalıdır. Bu müddətdən sonra ədviyyat öz qoxusunu və bütün faydalı xüsusiyyətlərini itirir.

Eyni zamanda, həkim çubuq şəklində darçın seçməyi məsləhət görür, çünki üyüdülmüş darçın adətən aşağı dərəcəli xammaldan hazırlanır.

Bundan əlavə, Kozlaçkova xəbərdarlıq edib ki, hamilə qadınlar darçın yeməməlidirlər, çünki ədviyyat uşaqlığın əzələlərinin sıxılmasına səbəb olur və vaxtından əvvəl doğuşa səbəb ola bilər.