Dişlərimizə qulluqda qidalandığımız məhsulların da özünəməxsus yeri var.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də qeyd olunub.
Məsələn, süd və süd məhsulları diş sağlamlığımız üçün əvəzsiz vasitədir. Süd, qatıq və pendir diş və diş əti sağlamlığı üçün birinci sırada dayanır. Bu məhsullar tərkibindəki yüksək miqdarda kalsiyum və fosfatla dişləri qoruyur və çürüklərin qarşısını alırlar.
Meyvə və tərəvəzlər tərkibindəki mineral və vitaminlərlə diş sağlamlığını qoruyurlar. Diş ətimizin sağlamlığı üçün nar və tərkibində C vitamini olan portağal və naringi kimi məhsullar vacibdir.
Ekspertlər həmçinin dişlərin təbii bəyazlığına qovuşması üçün banan qabığını tövsiyə edirlər. Bununla yanaşı su, yaşıl çay və digər bitki çayları tərkibindəki antioksidantlarla diş və diş əti üçün faydalıdır.