Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan bir qrup şəxsə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn təlim keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Təlimin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsidir. Təlimdə “Korrupsiyaya qarşı mübarizə” və “Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” barədə ətraflı məlumat verilib. İştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.