Dünya şərq istiqamətində dönür. Bu səbəblə Günəş, Ay və bütün digər göy cisimləri ilk olaraq şərq istiqamətində görülür, Qərbə hərəkət edir. Ancaq dünya tam tərs istiqamətdə də dönə bilərdi…
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də araşdırma dərc olunub.
Dünya tərsinə dönərsə, daha fərqli yer olardı, ancaq həyat yenə davam edərdi.Tərs istiqamətdə dönməsi üçün dünya əvvəlcə dayanmalı idi. Bu isə fəlakətə səbəb olardı.
Nəhəng sunamilər yaranar, okean suları qütblər istiqamətində hərəkət edər və maqnit sahəsi aradan qalxardı.
İlk dəyişikliklərdən biri Günəşin qərbdən çıxması olardı. Bu isə birbaşa hava və hava şəraitinə təsir göstərərdi.
Dünyanın fırlanması küləyə təsir göstərir. Dünya tərsinə dönərsə ekvatordakı tək istiqamətli küləklər qərbə doğru əsməz.
Nurlan