Aparılan araşdırmalar göstərir ki, 5-10 milyon ərzində Afrika qitəsinin ortasında yeni bir okean yaranacaq.  Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Qeyd olunur ki, buna səbəb Afrikanın olduqca yavaş şəkildə iki yerə bölünməsidir. Geoloji proseslərin hər birində olduğu kimi bu parçalanma prosesi də milyonlarla il davam edəcək. Ancaq ekspertlər qeyd edirlər ki, gec ya tez Afrikanın şərq hissəsi qitənin geridə qalan hissəsindən ayrılacaq, iki böyük torpaq parçası arasında yeni bir okean yaranacaq. 


Bu nəhəng parçalanma Şərqi Afrika qırılma xətti ilə əlaqədardır. Efiopiya, Keniya, Demokratik Konqo Respublikası, Uqanda, Ruanda, Burundi, Zambiya, Tanzaniya, Malavi və Mozambik kimi bir çox Afrika ölkəsinin içindən keçən və minlərlə kilometr uzanan bu sistem bu dünyada ən böyük çatlardan biridir.

Leyla