Qərbi Sakit okean bölgəsində yaşayan insanların ömrü uzanıb.
Foodinfo.az bu barədə Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir.
Qeyd olunur ki, sözügedən regionda yaşayanların ömrü orta hesabla 30 il uzanıb.
Regionda xüsusilə II dünya müharibəsi dövründə əhalinin orta ömrü 40-50 il arası olub. Buna səbəb yoluxucu xəstəliklər və səhiyyə sisteminin bərbad vəziyyəti olub.
ÜST-ün məlumatlarına görə, aparılan sistemli tədbirlər nəticəsində regionda son 75 ildə orta hesabla insan ömrü 30 il uzanaraq 77 ilə çatıb.