Türkiyənin Karabük bölgəsində “dünyanın ən hündür qadını” olaraq Ginnesin Rekordlar Kitabına düşən Rümeysa Gelgi prezident seçkilərinin ikinci turunda səs verib.

Seçki qutusu 26 yaşlı, 2 metr 15 santimetr boyunda olan Gelginin evinə aparılıb.

Rümeysa Gelgi seçkinin ölkə üçün xeyirli olmasını arzulayaraq, evinə gələn seçki məntəqəsinin səlahiyyətlilərinə təşəkkür edib.