Amerikalı milyarder, “Amazon”un qurucusu Ceff Bezos və onun ortağı, jurnalist Lauren Sançes nişanlanmaq qərarına gəlib. Foodinfo.az xəbər verir ki, bu, CNN-ə məlum olub.
Cütlüyə yaxın mənbənin sözlərinə görə, hazırda toyun nə vaxt olacağı ilə bağlı məlumat yoxdur. Kanalın həmsöhbəti nişanın əlavə təfərrüatlarını deyə bilməyib. Bezos və Sanchez münasibətləri ilə ilk dəfə 2019-cu ildə ictimaiyyətə çıxdılar. İlk birgə müsahibələrini yalnız üç ildən sonra verdilər.
Bundan əvvəl sahibkar Makkenzi Skottla 25 il evli olub. Lakin cütlük 2019-cu ildə boşanıb.
Forbes jurnalına görə, Bezos dünyanın üçüncü ən zəngin adamıdır.
Leyla