Bir çoxları ömür boyu qara, yaşıl, uzağı kəklikotulu çaydan başqa heç nə içmir. Amma elə çaylar var ki, orqanizmi enerji və vitaminlərlə təmin edir, xəstəliklərin qarşısını alır.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, çaytikanı və itburnu çayı qədimdən bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Onlar C, B, E vitamini, katexinlər, flavanoidlərlə zəngindir.
Çoxsaylı elmi tədqiqatlar sübut edib ki, bu giləmeyvələrin dəmləməsi oynaqları qoruyur, iltihabı azaldır, viruslara qarşı dözümlü edir.
Çaytikanı və itburnu ürək-damar sistemini möhkəmlədir, çaytikanı qanda şəkəri tənzimləyir, mədəni sağaldır, selikli qişaları bərpa edir.
Bu iki meyvəni birlikdə çay kimi hazırlamaq olar.
Çaytikanı – 1 xörək qaşığı
Xırdalanmış itburnu – 1 x.q
Su – 500 ml
Bal – yarım çay qaşığı – dada görə