Duz dəri üçün çox faydalıdır. Duz iltihabları azaldır, dərini ölü hüceyrələrdən təmizləyir, cavanlaşdırır, hamar və dartınmış edir. Foodinfo.az evdarliq.az-a istinadla oxucularına çox effektli duz skrabının reseptini təqdim edir: İnqrediyentlər: - 2 xörək qaşığı duz - 1 örək qaşığı bal - 1 kapsul E vitamini (apteklərdə satılır). Balı duzla yaxşı qarışdırın ki, duz tamam ərisin. Sonra E vitamini kapsulunu iynə ilə dəşin, qarışığa əlavə edin, yaxşı qarışdırın. Skrabı dəriyə çəkin, yüngül dairəvi hərəkətlərlə 2-3 dəqiqə ərzində massaj edin, 10 dəqiqə saxlayın və sonra yuyun. Daha yaxşı nəticə əldə etmək üçün bu skrabdan çiməndən sonra həftədə 2 dəfə istifadə edin.