
Yeni bir sorğu göstərir ki, kişiləriüçün münasibətlərdə ev yeməyinin rolu hələ də önəmlidir. Foodinfo.az xəbər verirki, X5 və Twinby tərəfindən keçirilən araşdırmaya görə, respondentlərin 29 faizi üçün vacibdir ki, qız yaxşı bişirə bilsin.
Eyni zamanda, qadınlar kişilərin kulinariya bacarıqlarına daha neytral yanaşır – 42 faiz üçün bu vacib deyil, lakin hər iki tərəf əsas yeməkləri bişirə bilməlidir (48 faiz).
Yemək və qarşılıqlı anlaşma
Sorğuda həm kişilər, həm də qadınlar üçün ən vacib məqam bir-birinin dad seçimlərini qəbul etmək olub (kişilərin 61 faizi, qadınların 48 faizi). Həmçinin, yeməyə sakit yanaşma da önəmli sayılır (kişilər 43%, qadınlar 39%).
Məsələn, əgər tərəfdaş əsasən hazır yeməklərə üstünlük verirsə, 38 faiz kişilər bunu neytral qarşılayır. Qadınların isə 45 faizi tərəfdaşının hazır yeməklərdən istifadə etməsinə razıdır, 36 faiz isə qarışıq yanaşmanı üstün tutur.
Araşdırma göstərir ki, qadınların yarısı hesab edir ki, hazır yemək istəyi tənbəllik deyil, kişilərin isə 45 faizi vurğulayır ki, vacib olan diqqət və qayğıdır, kim və necə bişirib deyil.