ABŞ-ın Massaçusets ştatından olan bir ailə eyni nömrələrdən istifadə edərək ardıcıl üç dəfə lotereya qazanıb. Foodinfo.az bildirir ki, bu barədə CBS News xəbər verir.

59 yaşlı ofisiant Trişa Conson birdən doqquza qədər rəqəmlərə mərc edərək lotereya oynayan ilk şəxs olub. Bir müddət sonra o, 100 min dollar məbləğində cekpotu vurduğunu öyrənib.

Vergilərdən sonra Consonun uduşu 71 min dollar təşkil edib. Bir neçə gün sonra qadın eyni nömrələri yeni tirajda istifadə etmək qərarına gəlib. Həmin günün axşamı o, ikinci dəfə qalib oldu və yenidən 100.000 dollar qazanıb.

Bir neçə həftə sonra oğlu Conson eyni nömrələrlə lotereya oynamağa qərar verib. Valideynlərini təəccübləndirən o, 100.000 dollarlıq cekpotu da udub.

Qadın qazandığı pulu evini təmir etmək və hesablarını ödəmək üçün istifadə etməyi planlaşdırır. İndi Trişa Consonu bütün yerli sakinlər tanıyır və əri onu məşhur adlandırır. Qadın şansına baxmayaraq, seçdiyi nömrələrlə artıq qalib gələ bilməyəcəyinə inanır.

Nərmin