Səhər yeməyi üçün həm yüngül, həm də faydalı seçim axtaranlar üçün turplu çörəküstü qəlyanaltı yaxşı alternativ sayılır. Hazırlanması az vaxt aparan bu yemək həm görünüşü, həm də dadı ilə seçilir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, resept sağlam qidalanmağa üstünlük verənlər üçün xüsusilə uyğundur.

4 nəfərlik lazım olan ərzaqlar:

  • 10 iri turp
  • 4 dilim tumlu qara çörək
  • 100 qram kərə yağı
  • 1 kiçik xiyar
  • 2 diş sarımsaq
  • 1 kiçik dəstə yaşıl soğan
  • 1 xörək qaşığı limon suyu
  • servis üçün qara duz

Hazırlanma qaydası:

Əvvəlcə kərə yağı otaq temperaturunda yumşaldılır. Sarımsaq və xırda doğranmış yaşıl soğan əzilərək bir qədər duzla qarışdırılır və yumşaq yağın içinə əlavə edilir.

Sonra çörəklər tavada yağsız şəkildə bir tərəfi qızarana qədər bişirilir və soyumağa qoyulur. Hazırlanan ədviyyatlı yağ çörəyin üzərinə çəkilir.

Turp və xiyar nazik dairə formasında doğranır, limon suyu ilə qarışdırılıb 5 dəqiqə saxlanılır. Daha sonra tərəvəzlər çörəyin üzərinə düzülür, qara duz əlavə edilərək süfrəyə təqdim olunur.