“A” vitamini görmə üçün ən vacib vitaminlərdən biridir - o, görmə sinirinə kömək edir və göz əzələlərini gücləndirir.
Foodinfo.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Tatyana Boçarova deyib.
Mütəxəssis qeyd edib ki, onun çatışmazlığı buynuz qişanın qurumasına və yaş kisəsi kanalların tıxanmasına gətirib çıxarır.
“Bu hiss kompüterdə çox vaxt keçirən hər kəsə tanışdır. “A” vitamini çatışmazlığının digər xoşagəlməz nəticəsi “toyuq korluğu”dur: bu qaranlıqda görmə qabiliyyətinin azalması və minimal işığı görməməkdir”, - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, “A” provitamini almağın ən asan yolu tərəvəz şirələridir (ancaq təzə sıxılmış). Heyvan mənşəli məhsullarda isə ən çox balıq yağında (19 mq), toyuq qaraciyərində (100 qr-a 12 mq), mal qaraciyərində (8,2 mq), treska qaraciyərində (4,4 mq), qoyun qaraciyərində (3,6 mq) rast gəlinir.
Son xəbərlər
- Kərəvizin faydaları və zərərləri
- Qəhvə həvəskarları nələrə diqqət etməlidir?
- Dəfələrlə qızdırılıb yeyilən yeməklərin orqanizmə mənfi təsirləri ola bilər
- Sosislə mədə xərçəngi arasında əlaqə sübut edildi
- Böyrək xəstəliyinin əlamətləri hansılardır?
- Gündə 1 ovuc yeyin - Ürəyə və beyinə xeyirdir