Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyim çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır. Foodinfo.az xəbər verir ki, bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb. O, viruslara qarşı tərkibində zeytun yarpağı olan çay reseptini təqdim edib: Hər zaman virus infeksiyaları (qrip, herpes, Koronavirus, adenovirus, rinovirus və s.) tüğyan edən dövrlərdə bu dəmləməni edin. Çayın resepti: Zeytun yarpağı 1 xörək qaşığı Cökə 1 xörək qaşığı İtburnu meyvəsi 5-6 ədəd Sarıkök 1 çay qaşığı Nanə yarpağı 1 xörək qaşığı Keçibuynuzu meyvəsi 2 ədəd 500 ml qaynar suda 15 dəqiqə dəmləyib gün ərzində içilir. Ayda 21 gün etmək olar. İçilmədən öncə 1 çay qaşıq çiçək tozu və bal əlavə edin.