Çəmənotu xüsusilə hind mətbəxində çox istifadə olunan bitkidir. Bu bitki qatıldığı hər yeməyə özünəməxsus dad verməklə yanaşı, həm də insan orqanizmi üçün faydalıdır.
Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Bu şəfalı bitki şəkər, xolesterol, yüksək qan təziyiq, viral infeksiyalar, iltihabın qarşısını almağa kömək edir.
Ancaq bu bitkinin istifadəsi hamilələr üçün müəyyən fəsadlar yarada, həmçinin köp və ishal kimi amillərə səbəb ola bilər. Buna görə də istifadədən əvvəl mütləq həkimlə məsləhətləşmə aparılmalıdır.
Bu məhsul xüsusən həzmlə bağlı problemlərin aradan qaldırılması üçün əvəzsiz vasitə hesab olunur.
Leyla