Meteoroloqlar bu il Hindistanın əsas taxıl istehsal edən əyalətlərində normadan yüksək temperaturun gözlənildiyi barədə xəbərdarlıq etdiyi üçün Hindistan hava istiliyinin buğda bitkilərinə təsirini qiymətləndirmək üçün işçi qrupu yaradıb.
Foodinfo.az bu barədə “Reuters”ə istinadən məlumat verir.
Qrupa kənd təsərrüfatı sahəsində səlahiyyətli şəxs rəhbərlik edəcək və tərkibinə əsasən buğda əkən ştatların rəsmiləri, həmçinin alimlər daxil olacaq.
Qeyd edək ki, fevralın əvvəlində Hindistan hökuməti bu il ölkədə buğda məhsulunun 4,1% artaraq 112,2 milyon tona çata biləcəyini proqnozlaşdırmışdı.
Lakin qış yağışlarının olmaması Hindistanın şimal ştatlarının bəzi yerlərində temperatur rejimini yüksəldib. Meteoroloqların məlumatına görə, ötən həftə orta sutkalıq temperatur adətən martın əvvəlində və ortalarında müşahidə olunan səviyyəyə çatıb.
Fərid