7 dekabr 2022-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq. Foodinfo.az xəbər verir ki, verilişdə Agentliyin nəzarət dairəsinə aid edilən malların idxal və ixracı ilə bağlı əməliyyatların elektronlaşdırılmasına dair izləyicilərə geniş məlumat veriləcək. Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin müdir müavini - İdxal və ixrac əməliyyatları sektorunun müdiri Nahid Əsədova ünvanlaya bilərsiniz. “Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.