Böyük Britaniya kralı III Çarlz və onun həyat yoldaşı Kraliça Kamilla “Böyük nahar” üçün rəsmi yemək kimi fransız “kiş”ini seçiblər. Foodinfo.az xəbər verir ki, bu barədə TASS Bukingem sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yemək ispanaq, lobya və təzə tərxun zərif dadına malik yüngül xəmirdən hazırlanmış xırtıldayan qabığı olan dərin piroqdur.

Kraliça II Yelizavetaya 15 il yemək bişirən Bukingem sarayının keçmiş aşpazı Darren Makqreydi “Sky News” telekanalına müsahibəsində III Çarlzın seçiminə təəccüblənmədiyini bildirib. Onun sözlərinə görə, kral yumurta və pendirlə hər şeyi sevir.

Nərmin