Türkiyədə baş vermiş zəlzələdən 17 gün keçməyinə baxmayaraq hələ də dağıntılar altından sağ insanlar tapılır. Bu isə maraqlı bir sual yaradır. Bu müddət ərzində onlar nə ilə qidalanıb?

Foodinfo.az xəbər verir ki, ekspertlər insanın 40 gün ac və 6 gün susuz qala biləcəyini söyləyirlər. Lakin bu müddət bədənin fiziki durumundan asılı olaraq dəyişir. Dağıntılar altından çıxan insanların bəziləri ümumiyyətlə su və yemək yemədiyini bildirir. Bu isə əslində rəqəmlərin fərdə görə dəyişdiyini sübut edir. 

Leyla