Dünyanın müxtəlif yerlərində insan ömrünü uzatmaq məqsədilə aparılan araşdırmalara külli miqdarda pul ayrılır. 

Foodinfo.az xəbər verir ki, ancaq insan ömrünün uzanması gələcəkdə bir çox problemlərə də səbəb ola bilər. 

Gənc siçanlardan götürülmüş qan nümunələrinin yaşlılara verildiyi bir sıra təcrübələrdə yaşlanma əlamətləri tərsinə çevrilib. İnsan ömrünü uzatmaqla bağlı sınaqlarda da bir çoxları bu amilə əsaslanmağa çalışırlar. 

Bəs alimlər insan ömrünü uzadacaq formullar tapsalar bunun bəşəriyyət üçün nəticələri necə olacaq?
Bütün insanların uzun müddət yaşaması əhalinin adaptasiya qabiliyyətini azalda bu isə sosial durğunluğa səbəb ola bilər. Orta yaş müddətində cüzi artım belə əhali sayına kəskin təsir göstərə bilər. Əhalinin artımının qarşısını almaq üçün doğuşa nəzarət lazım ola bilər ki, bu da nəsil dəyişikliklərini olduqca ləngidər.

Nurlan