İnsan orqanizmi ilə bağlı saysız-hesabsız maraqlı faktlar mövcuddur. Onlardan bəzilərini topladıq: - İnsan orqanizmində ən güclü əzələ dildir. - Gülüş zamanı insanda 17 əzələ işləyir. - İnsan burnu 50 min qoxunu ayırıb yadda saxlaya bilər. - İnsan saatda 160 km sürətlə asqırır. - Döş qəfəsindən çıxarılan insan ürəyi qısa müddət döyünə bilir. - Mədə turşusu o qədər güclüdür ki, bədəndə 3-4 günə tamamilə yeni selikli qişa yaranır. - Qan damarlarının ümumi uzunluğu 96 min kilometrdir. Bu da Ekvator xəttini iki dəfədən artıq fırlanmağa bərabərdir. -  İnsan bədəni gündə yük maşınının 32 km məsafə qət edə biləcəyi qədər enerji istehsal edir. -  İnsan xoruldayan zaman 80 destibel gücündə səs çıxarır. 85 destibeldən yuxarı səsə insan sağlamlığı üçün təhlükəlidir. -  İnsan 7000000000000000000000000000 (7 oktillion) atomdan ibarətik. - Neyronlar saatda 240 kilometr sürətlə siqnal ötürürlər. -  İnsanın ürək ritmləri və mimikası qulaq asdığı musiqidən asılı olaraq dəyişir. -  İnsan sümüyü poladdan möhkəmdir. Belə möhkəmliyə baxmayaraq sümüklərin 31 faizi sudan ibarətdir. - İnsan gözü kamera kimi qiymətləndirilsə, o 576 meqapiksel olar. Müqayisə üçün deyək ki, ən güclü fotoaparat olan Mamiya DSLR da bu rəqəm 80 meqapikseldir. - Həmçinin insan gözü 10 min rəngi seçə bilir. - Əgər insan DNT-ni açmaq mümkün olarsa 16 milyard km-lik zəncir yaranardı. Bu isə Yerdən Plutona və əks istiqamətdə olan məsafə qədərdir. - İnsan yaddaşı 1 kvadrillion bit informasiya saxlaya bilər. - İnsan ürəyi orta ömürü ərzində 1,5 milyon barel qan vurur. Bu, 200 dəmiryol sisternini doldurmağa yetir. -  İnsan orqanizmi saatda 180 milyon qırmızı qan hüceyrəsi yaradır. -  Hamiləlik zamanı ananın hər hansı orqanı zədələnsə, döl bu orqanın bərpası üçün kök hüceyrə ötürür. - Bir addım atmaq üçün 200 əzələ işləməlidir. - Bir hüceyrədə 6 milyard DNT spiralı var. - İnsan həyatının 1/3 yuxuda keçirir. - İnsan iki ay qidasız qala bilər. - Dil dad reseptorları olan yeganə orqan deyil. Bu peseptorlar mədədə, bağırsaq traktında, mədəaltı vəzdə, beyində də var. - Oksigensiz 5-10 dəqiqiə qalmaq olar. Bundan sonra beyin hüceyrələri məhv olmağa başlayacaq. - Beyinin 60 faizi yağdan ibarətdir. - İnsan beyni bəzi informasiyaları unudur. Beyin bunu özünü yüklənmədən qorumaq üçün edir. - Skeletdə 200 sümük və 630 skelet əzələsi var. - Burunda sakit tənəffüs zamanı hava axınının sürəti saatda 2,4 kilometr, asqırdıqda isə saatda 170 kilometr təşkil edir. - Bir sözü tələffüz etmək üçün 72 əzələ hərəkət edir. - Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impulsu yaradır. - İnsanın sağ ağciyəri sol ağciyərinə nisbətən özünə daha çox hava yerləşdirir. - Açıq gözlə asqırmaq mümkün deyil.