Psixoloji duruma faydası olduğu elmi araşdırmalarla təsdiqlənmiş qidaları istifadə edərək özümüzü daha yaxşı hiss edə bilərik.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də qeyd edilib. 

Aparılan elmi araşdırmalar göstərib ki, sarı kantaron bitkisi antideprasant dərman kimi təsirə malikdir. Məhz bu xüsusiyyəti sayəsində depressiyaya qarşı müalicə üsulu kimi də istifadə olunur. 

Karbohidratların bəziləri beynin ruh halımızı nizamlayan sinir daşıyıcıları olan serotonini istehsal etməsinə yardım edir. Araşdırmalar göstərib ki, yüksək karbohidratlı içkilərdən istifadə edənlərin emosional durumunun və enerji səviyyəsinin artdığını ortaya qoyub. 

Həmçinin ispanaq və brüssel kələmi kimi tərəvəzlərin depressiya əlamətlərini azaldan fol turşusu və B vitamininə sahib olduğunu göstərib. Həmçinin ekspertlər tərəfindən portağal və papaya kimi B6 və fol turşusu ilə zəngin meyvələrin istifadəsi də tövsiyə olunur.