Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələlərdən sonra evlərini itirən minlərlə insan çadır və konteynerlərdə yaşayır.
Foodinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsası Kahramanmaraşda qurulan məşhur restoranlar şəbəkəsi “Mado”nun qurucusu Mehmet Kanbur da iki otaqlı konteynerdə qalır.
Kanbur bu qədim şəhəri tərk edə bilməyəciyini bildirib: “O gün düşündüm ki, bu, zəlzələ deyil, qiyamətdir. 3000-ə yaxın işçim var, 60-ı öldü. Bu gün millət, dövlət olaraq birlikdə olmalıyıq. Bu qədim şəhərdən, Maraşdan necə ayrılım? Evimə ziyan dəyməyib, amma mən gedib evdə otura bilmirəm. Əməkdaşlarımla eyni mühitdə, konteynerdə yaşayıram”.