Mayonez dadlı olsa da, həddindən artıq istehlakı sağlamlıq üçün risklər yarada bilər. Foodinfo.az Lenta.ru-ya istinadən xəbər verir ki, endokrinoloq Marqarita Belousova bildirib ki, hazır mayonez çox miqdarda günəbaxan yağı ilə hazırlanır və yüksək kalorili olur — 100 qramında təxminən 700 kkal var. Bu isə piylənmə və ürək-damar xəstəliklərinin riskini artırır.

Həkim əlavə edib ki, sənaye üsulu ilə hazırlanan mayonezə tezliklə xarab olmaması üçün transyağlar da əlavə olunur. Bu maddələr isə ateroskleroz riskini yüksəldə bilər.

Belousova vurğulayıb ki, mayonezi tamamilə qidalanmadan çıxarmağa ehtiyac yoxdur, əsas odur ki, həddində istifadə edilsin. Məsələn, ayda bir-iki dəfə hazırlanan salata 2–3 xörək qaşığı mayonez kifayət edir. Alternativ olaraq, salatları qatıq və ya kefirlə də dadlandırmaq olar ki, həm kalori aşağı olsun, həm də sağlamlıq qorunsun.

Mütəxəssis qeyd edib ki, balanslı qidalanma prinsiplərinə riayət etməklə, mayonezdən zövq almaq və sağlamlığı qorumaq mümkündür.