“Məktəblilərin qida bələdçiləri” pilot layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı, UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə baş tutan növbəti təlim sayca 4-cüdür.
Foodinfo.az-ın məlumatına görə, AQTİ mütəxəssisləri tərəfindən tədris olunan təlim bu dəfə “Şəxsi gigiyena qaydaları – COVID-19 və qidalanma” mövzusuna həsr edilib. Təlimdə istehsalat müəssisələrinin mətbəx çalışanları üçün şəxsi gigiyena normaları, o cümlədən sağlamlığın qorunması və möhkəmləndirilməsinə xidmət edən gündəlik gigiyenik ehtiyaclar, mədəni-gigiyenik vərdişlər haqqında ətraflı məlumat verilib, bu qaydalara riayət olunmadığı halda orqanizm üçün yarana biləcək risklər təfərrüatı ilə izah olunub. Bundan başqa, təlimdə məktəbəqədər təhsil müəssisələrində ərzaq məhsullarının daşınması, qəbulu, saxlanması və realizə edilməsi zamanı koronavirusun profilaktikasına dair metodiki göstərişlər layihə iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün nəzərdə tutulan pilot layihədə ilkin mərhələdə 30 nəfər iştirak edir. Təlimlərin sonunda iştirakçılar arasında keçiriləcək və bu imtahanı uğurla başa vuranlar “Məktəblilərin qida bələdçiləri” nişanı ilə təltif olunacaqlar. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.
Son xəbərlər
- Spirtli içkidən sonra necə qidalanmaq lazımdır?
- Qışda bu qidalar yeyilməlidir
- Gündə bir ovuc püstə yeməklə...
- Yeni ildə hazırlaya biləcəyiniz ən fərqli və maraqlı salat RESEPTİ
- Veysəloğlu Şirkətlər Qrupu Xankəndidə keçirilən "Qış nağılı" yarmarkasına sponsor oldu
- Niyə suyu iki dəfə qaynatmaq olmaz?