"Apple" şirkəti "iPhone" istifadəçilərinə iOS 17-ni dəstəkləyən alternativ mağazalardan tətbiq quraşdırılmasına icazə verəcək.

Foodinfo.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

Qeyd olunur ki, şirkət iOS 17-də çox yeniliklər etmək fikrində deyil. Yeniliklər yalnız "AppStore" olmadan tətbiq yükləməklə bağlı olacaq.

Buna səbəb isə Avropada yeni qəbul edilən və gələn ildən qüvvəyə minəcək qanunlarla bağlıdır. Belə ki, rəqəmsal bazarlarla bağlı qanun şirkəti məcbur edir ki, öz cihazlarında digər mağazalardan tətbiqlərin yüklənməsini təmin etsin.