Meyvə və tərəvəzlərin üzərindəki mumlu qatın səbəbi nədir?
Foodinfo.az qeyd edir ki, çoxumuz brokoli kimi bəzi tərəvəz və meyvələri yuyarkən suyun bitkinin səthini islatmadan axdığının şahidi olmuşuq. Yeməyin səthi bir növ islanmayan parça rolunu oynayır. Brokolidə ən çox nəzərə çarpan bu vəziyyətin səbəbinin istifadə edilən pestisidlər olduğu düşünülür. Lakin bu doğru deyil. Tərəvəz və meyvələrin kənarında cuticle adlanan mumlu təbəqə var. Bu təbəqə sayəsində meyvə və tərəvəzlər su itirmir. Bundan əlavə, meyvə və tərəvəzləri günəşin zərərli şüalarından, həşəratlardan və xarab olan mikroorqanizmlərdən qoruyur.