Britaniyanın Falmut şəhərində, Kornuolda hər il keçirilən Qurd Konjurasiya Çempionatının iştirakçıları musiqi və rəqsin köməyi ilə 260 onurğasız heyvanı yerin səthinə çıxarıb və rekord qırıblar. Foodinfo.az xəbər verir ki, bu barədə Cornwall Live məlumat yayıb.

Yarış mayın 21-i bazar günü baş tutub. Onu 31 yaşlı rəssam Corciya Cendall təşkil edib. Qadının sözlərinə görə, qurdlar çoxdan onun işinin bir hissəsi olub. Çempionat başlamazdan əvvəl Cendal qurd həvəskarlarına iştirak qaydalarını xatırladıb: tədbirdə elektrik cihazlarından istifadə etmək, həmçinin təkbaşına yerdən qurd qazmaq və ya çıxarmaq qadağandır. İştirakçıların hər bir komandasına iki kvadrat metrlik bir sahə verildi, oradan 30 dəqiqə ərzində mümkün qədər çox onurğasızları cəlb etmək lazım idi.

İşrirakçılar müxtəlif üsullarla qurdları cəlb edirdilər: onlar musiqi alətlərində çalırdılar, bağ alətləri və digər əşyalarla torpağı döyür, rəqs edirdilər. Ümumilikdə iştirakçılar yarım saat ərzində 260 qurd çıxara biliblər. Yarışda böyük nağara və müxtəlif bağçılıq alətlərindən istifadə etməklə 20 qurd toplayan komanda qalib olub. İştirakçılar Falmutda yeni rekorda imza atıblar.

Nərmin