ABŞ-ın Vaşinqton ştatının Lonqvyu şəhərində narkotik alverçisi həbsxanadan qaçaraq, özünü həmin an yatmış kamera yoldaşı kimi göstərib. Foodinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Həbsxana işçiləri kameraya daxil olanda orada olan üç məhbus yatılı olub. Onlardan biri, 26 yaşlı Brayan Fransisko Roman həmin gün azadlığa buraxılmaq üzrə olan kamera yoldaşının adını eşidəndə ayılıb. O, azadlığa çıxmaq üçün onun kimliyini təqdim etmək qərarına gəlib.

Kamera yoldaşı adı altında Roman buraxılış sənədlərini imzalayıb, paltarını, açarlarını, sənədləri olan pul kisəsini və debet kartını alaraq, həbsxananı maneəsiz tərk edib.

Cəzaçəkmə müəssisəsinin əməkdaşları səhvi yalnız azad edilməli olan məhbusun azadlığa çıxma vaxtı ilə bağlı sualı ilə onlara müraciətindən sonra aşkar ediblər.

Roman ertəsi gün həbs olunub. O, qaçmaq, saxtakarlıq və dələduzluqda ittiham edilib.

Fərid