Məşhur türkiyəli aşpaz Nüsrətin Londondakı restoranında mövcud qiymətlər məlum olub.
Foodinfo.az-ın xəbərinə görə, futbol meneceri Muzzi Özcan restoranda ona təqdim edilən çekin fotosunu sosial şəbəkədə yayıb.
Təsvirdən bir hamburgerin 100 funt (232 manat), koka-kolanın isə 9 funt (21 manat) olduğu anlaşılır.
Paylaşım sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.