Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri və əməkdaşları üçün mütəmadi olaraq nəzəri-praktiki təlimlər keçirilir. AQTİ mütəxəssisləri tərəfindən təşkil edilən növbəti təlim “Qabaqcıl İstehsal Təcrübələri (GMP)” mövzusuna həsr olunub.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün keçirilən təlim zamanı iştirakçılara GMP (Good Manufacturing Practices) haqqında ətraflı məlumat verilib. Bildirilib ki, GMP bir məhsulun xammal və qablaşdırma materiallarından başlayaraq, istehlakçıya çatana qədər təsirli və etibarlı olması üçün riayət edilməsi lazım olan qaydalar toplusu, eyni zamanda məhsullarda keyfiyyət və qida təhlükəsizliyini təmin etmək üçün qida zəncirinin bütün mərhələlərində fasiləsiz tətbiq olunması lazım olan texnikalar ardıcıllığıdır. Sahibkarlıq subyektinin əməkdaşlarına GMP-nin əsas prinsipləri və zəruri şərtləri də izah edilib.
Təlim zamanı iştirakçıların sualları cavablandırılıb və tədbirin sonunda onlara sertifikatlar təqdim olunub.
Son xəbərlər
- AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Günəbaxan yağını harada saxlamaq lazımdır?
- Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi
- Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım
- Çörəyi isti-isti yemək zərərlidirmi?